Vergi planlaşdılırması və maliyyə sxemləri

Vergi planlaşdırması dedikdə qanunvericiliklə müəyyən edilmiş güzəştlərdən və üsullardan istifadə etməklə vergi öhdəliklərinin azaldılması başa düşülür. Vergi planlaşdırması zərurəti müxtəlif situasiyalar üçün konkret vergi rejimləri nəzərdə tutan, vergitutma bazasının hesablanması üçün müxtəlif üsullardan istifadəyə imkan verən və vergi ödəyicilərinə müxtəlif güzəştlər təklif edən vergi qanunvericiliyində öz əksini tapmışdır. Vergi planlaşdırmasının məqsədi vergi ödənişlərini minimallaşdırmaq imkanı verən yolun seçilməsidir.

Azərbayjan Respublikasının Vergi Məjəlləsində nəzərdə tutulur ki, vergi ödəyicisi vergilərin ödənilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada bütün güzəştlərdən istifadə edə bilər.

Vergi planlaşdırmanın mahiyyəti vergi ödəyicisinin qanuni vasitələrdən istifadə etməklə öz vergi öhdəliklərini maksimal dərəcədə azaltmasından ibarətdir:

Vergi planlaşdırmasının aşağıdakı metodlarını qeyd etmək olar:

  • Razılaşmanın düzgün təşkili;
  • Vergi güzəştlərinin tətbiq edilməsi;
  • Fəaliyyət formasının seçilməsi;
  • Qeydiyyat siyasətinin düzgün formalaşdırılması və ofşorların tətbiq edilməsi;