Haqqımızda

 TID Konsaltinq QSC Azərbaycanda konsaltinq sahəsində 2001-ci ildən fəaliyyət göstərir. Şirkət mühasibat uçotu, maliyyə, biznes və hüquqi konsaltinq, müqavilə hüququ, hüquqi şəxslərin qeydiyyata alınmasına və insan resurslarının idarə edilməsinə dair, həmçinin vergi goyma və maliyyə fəaliyyəti ilə bağlı digər sahələrdə öz xidmətlərini təklif edir. Müştərilərimizə beynəlxalq və yerli standartlara uyğun xidmətlər təklif edirik.

TID Konsaltinq şirkətinin müştəriləri arasında aparıcı kredit təşkilatları, nəqliyyat, neft, rabitə, tikinti, reklam, audit, işəgötürmə, səfirlik, həmçinin ticarət sahəsində fəaliyyat göstərən şirkətlər var. Onların arasında "Gültaş Endüstriyel İnşaat Taşımacılık Sanayi ve Ticaret Limited şirkəti", "Kolpaş İthalat İhracat ve Ticaret Anonim şirkəti", "Ettemap Elektromekanik Proje ve Taahhüt Limited şirkəti", "Sandoz Pharmaceuticals d.d.SC", "Mobineo Iletişim Hizmetleri Ticaret limited şirkəti", "Polat Yol Yapı Sanayi ve Ticaret Anonim şirkəti", "Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim şirkəti", Sivayapı İnşaat Sanayi Ticaret Limited şirkəti" və digər şirkətlərin Azərbaycandakı nüməyəndəlikləri, eləcə də "Ideal Company", “Baker Tilly Azerbaijan”, “Vision Fund AzerCredit MMC”, “Atinak Muhendislik Inshaat Sanayi ve Ticaret LTD”, “Football Sports and Management LTD” və digərlərini qeyd etmək olar.

Dekabr ayında TID Konsaltinq MMC fəaliyyətinin 22 illiyini qeyd edəcək. Bu illər ərzində şirkətimiz kiçik konsaltinq idarəsindən aparıcı konsaltinq şirkətinə çevrilmişdir. İşimiz və yüksək peşəkarlığımız sayəsində müştərilərimizin etimadını qazanmışıq.

Biz, Sizə göstərdiyimiz xidmətlərin keyfiyyətinə və konfedensiallığına təminat veririk.