Konsaltinq

 

 

Konsaltinq xidməti (eng. consulting – konsultasiya vermə) – öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən (bir qayda olaraq, ödənişli) xidmət növüdür. Konsaltinq şirkəti bu kimi xidmətləri göstərən mənbədir. Sadə dildə desək, nəticə etibarilə konsaltinq şirkəti (konsultant) müəyyən müddətdə müştərisinin gəlirini həmin gəlirdən n % əldə etməklə artırmağa dair öhdəlik götürür. Bunun üçün bir qayda olaraq, konsultanta, müştəri-şirkətin rəhbərliyinə mütəxəssis-konsultant kimi daxil edilmək və strateji qərarlar vermək kimi geniş səlahiyyətləri verilir.

Maliyyə konsaltinqi


  • Vergi öhdəlikləri və digər ödənişlərin hesablanması və ödənilməsi üzrə məsləhətlərin verilməsi;
  • Ayrı-ayrı maliyyə və vergi sxemlərinin hazırlanması və tətbiqi;
  • Bağlanmış aktlar üzrə vergilərə və digər icbari ödənişlərə dair məsləhətlərin verilməsi;
  • Aktların qanuniləşdirilməsi və ödəmə üzrə əməliyyatların izlənməsi;
  • Vergilərin və digər ödənişlərin minimallaşdırılması baxımından müqavilələrin analizi;
  • Müəssisələrə cari abonent xidmətləri;
  • Vergi və digər dövlət orqanlarında müştərinin maraq və hüquqlarının müdafiəsi;

Hüquqi konsaltinq


  • Hüquqi məsələlərə dair (vergi, mülki, əmlak, sosial sığorta, əmək məsələləri daxil olmaqla);
  • Şirkətlərin hüquqi yoxlanması və daxili sənədləşmələrin (müqavilələrin) və s.nizama salınması;
  • Xidmətlərimizdən istifadə edən şirkətlərin digər şirkətlər, dövlət (Dövlət Sosial Müdafiə Fondu, Vergi Orqanları, Statistika Komitəsi, İşəgötürmə Fondu və s.) və qeyri-hökumət təşkilatları və müvafiq məhkəmə orqanları qarşısında hüquqlarının qorunması;
  • Müvafiq məhkəmə orqanlarında vergi mübahisələrinə dair iddialar;
  • Hüquqi şəxslərin qeydiyyatı; (ƏDV qeydiyyatı və bank hesabının açılması)
  • Layihə və işlərə dair hüquqi dəstək; (icarə müqaviləsinin hazırlanması və yoxlanılması, kodun alınması  və kassa aparatının  qeydiyyatı)
  • Hüquqi şəxsin fəaliyyətinin dondurulması yə ləğvi;