Autsorsinq xidmətləri

Dünyada geniş tətbiq olunan autsorsinq təcrübəsi artıq Azərbaycanda da özünü doğrultmaqdadır. Hazırda ölkədə mövcud qabaqcıl şirkətlər hətta mühasibat məsələlərini kənar təşkilata həvalə edirlər. Bu sahədəki geniş təcrübəmizi nəzərə alaraq outsorsinq xidmətlərini təklif edirik.

Autsorsinq (ingiliscə «outsourcing», xaricə çıxarılma) — şirkətin profilinə aid olmayan funksiyalarının digər ixtisaslaşdırılmış şirkətlərə verilməsi sayəsində şirkətin fəaliyyətinin optimizasiya vasitəsidir. Dünya təcrübəsində peşəkar mütəxəssislərin ştatda saxlanması əvəzinə bu sahədə ixtisaslaşmış şirkətlərin xidmətlərindən istifadə etmək məsələsi geniş yayılmışdır. Bu gün bazarda bu sahə ən çox tələb olunan xidmətlərdən biri autsorsinq xidmətidir. Autsorsinqin aktiv şəklidə inkişaf etməyi şirkətlərə büdcə qənaətində və yerinə yetirdikləri işlərin keyfiyyətində çox böyük üstünlüklər verir. Bir çox şirkətlərinin ştat olan mütəxəssisləri işləri yerinə yetirməkdə çətinlik çəkir və ya ümumiyyətlə öhdəsindən gəlməyi bacarmır. Belə olan halda autsorsinq xidməti ilə məşğul olan şirkət qarşiya çıxan problemləri qısa bir zamanda keyfiyyətli şəkildə aradan qaldırır. Müasir iş üslubu ilə işləyən şirkətlər bu və ya digər sahələr üzrə autsorsinqdən tam və ya qısmən istifadə edirlər.