Institutional Business Development və TİD Konsaltinq MMC arasında əməkdaşlıq

Institutional Business Development daşınmaz əmlak, infrastruktur, istehsal və digər seqmentlərə dair biznes bazarı daxilindəki şirkətlər və professional müəssisələrə kommersiya və investisiya məsləhətləri verir. Institutional Business Development şirkətinin Azərbaycanda Respublikasındakı nümayəndəliyi  Azərbaycanda konsaltinq sahəsində 2001-ci ildən fəaliyyət göstərən TİD Konsaltinq MMC ilə əməkdaşlığa başlayır. Yekun müzakirələrdən sonra tərəflər Mühasibatlıq xidmətlərinin göstərilməsinə dair Müqavilə imzaladılar. Tərəflər uzunmüddətli və səmərəli əməkdaşlığa ümid edirlər.