Yeni müştəriyə yüksək səviyyəli kadr xidmətlərinin çatdırılması

Boru kəmərləri və kanalizasiya tikintisi üzrə ixtisaslaşan dünyanın aparıcı tikinti şirkətlərindən biri olan Ludwig Pfeiffer LTD-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə TİD Konsaltinq MMC arasında kadr xidmətlərinin göstərilməsinə dair müqavilə imzalandı. TİD Konsaltinq şirkətinin mühasibat və kadr xidmətləri üzrə uzunillik təcrübəsinə əsaslanaraq tərəflər əməkdaşlığın davamlı olacağına ümid edir.