İNTEKS MMC, TİD Konsaltinq MMC ilə yeni əməkdaşlıq

17.09.2002-ci il tarixində “FRY İNŞAAT” adı ilə fəaliyyətə başlayan “İNTEKS” MMC 27.10.2006-cı ildən öz yeni adı ilə Azərbaycanın tikinti sektorunda özünəməxsus yerə malikdir. Paytaxtdakı uğurlu tikinti işləri ilə yanaşı (GREEN PARK) “İNTEKS” MMC Azərbaycan Respublikasının regionlarında sosial iqtisadi inkişaf Dövlət proqramını rəhbər tutaraq Gəncə şəhərində ilk yaşayış binasının tikintisini başa vurmuş, ÇİNAR yaşayış kompleksini isə tamamlamaq üzrədir.

2013-cü ilin İyun ayında Şirkət mühasibat xidmətlərinin aparılması üçün  konsaltinq bazarında möhkəm mövqeyə, geniş təcrübəyə və ixtisaslı kadrlara  malik olan TİD Konsaltinq şirkətinə müraciət etdi.  Konsaltinq şirkəti olaraq xidmətləri tam həcmdə və keyfiyyətlə yerinə yetirəcəyimizə  təminat veririk.