Yeni razılaşma – TID Consulting MMC və Sterling Group MMC

12 İyul 2011-ci il tarixdə 2 TID Consulting MMC və Sterling Group MMC arasında İnsan Resursları xidmətlərinin göstərilməsinə dair müqavilə imzalandı. Sterling Group MMC böyük bacarıq və maraq tələb edən layihələrin həyata keçirilməsində kifayət qədər təcrübəsi olan yerli podratçı və tikinti şirkətidir. Insan Resursları sahəsində təcrübəli olan TID Consulting MMC xidmətləri yüksək səviyyədə yerinə yetirəcəkdir. Tərəflər uzunmüddətli və səmərəli əməkdaşlığa ümid edir.