2010-cu ilin Aprel ayında, TID Consulting MMC,InterActive Pro Limited (Birləşmiş Krallıq) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyini qeydiyyatdan keçirmişdir. London Biznes və Maliyyə Məktəbi (LSBF) ilə ortaq fəaliyyət göstərən InterActive şirkəti dünyaca qəbul edilmiş Professional İxtisaslaşmanın, xüsusi işlənib hazırlanmış MBA və Magistr proqramlarının tətbiq edilməsinə dair imkanlar yaradır. Yeni qeydiyyata qoyulmuş nümayəndəliyin mühasibat xidmətləri TID Consulting MMC-yə həvalə edilmişdir.