Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə keçirilən beynəlxalq tenderə yekun vurulmuşdur. 7 şirkətin qatıldığı müsabiqənin nəticələrinə görə Türkiyənin “ATİNAK” şirkəti daha sərfəli şərtlər təklif edərək tenderin qalibi olmuş və həmin şirkətlə “Azərsu” ASC arasında müqavilə imzalanmışdır. Layihə çərçivəsində Göyçay şəhərində tikintisinə başlanmış suqəbuledici qurğular kompleksinin inşası başa çatdırılacaq, şəhərin içməli su və kanalizasiya şəbəkələri yenidən qurulacaqdır. Asiya İnkişaf Bankının krediti hesabına reallaşdırılacaq işlərə 2011-ci ilin dekabrında başlanacaq və tikintinin 18 ay müddətinə tamamlanması nəzərdə tutulur.