SDV Horoz və TID Konsaltinq - yeni əməkdaşlıq

Türkiyənin SDV Horoz logistika şirkəti ilə TİD Konsaltinq şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Türkiyəli iş adamı müxtəlif mənbələrdən əldə etdiyi rəylər əsasında şirkətimiz haqqında yüksək fikirlərini səsləndirdikdən sonra tərəflər əməkdaşlıq şərtlərini müzakirə etdilər. Tərəfimizdən yerinə yetiriləcək xidmətlərin yüksək keyfiyyəti və etibarlılığına şübhəsi olmayan Şükrü bəy uzunmüddətli əməkdaşlığa ümid etdiyini bildirdi.