LFF Kaspian Limited və TID Konsaltinq MMC - əməkdaşlıq

LFF Kaspian Limited Şirkəti Xəzər Dənizi bazarı üçün LFF Group (Birləşmiş Krallıq) tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün 2006-cı ildə yaradılmışdır. Şirkət Bakının Qaradağ rayonunda sənaye ərazidə yerləşir.  Konsaltinq bazarında aparılan uzunmüddətli araşdırmalardan sonra LFF Kaspian Limited mühasibat xidmətlərinin göstərilməsi üçün şirkətimizə  müraciət  etdi. “TID Konsaltinq”  MMC Azərbaycanda konsaltinq sahəsində 2001-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq qarşılıqlı fayda prinsipi əsasında qurulur və uzun müddət davam edəcəyi gözlənilir.