Biznes modeli

Bu kommersiya fəaliyyətində işlədilən əsas termindir ki, dəyərləndirmə zəncirində metod mövqeyini, sifarişçini və məhsulun seçimini, qiymətqoymanı müəyyən edir.

 1. Fərasətinizə və işinizə inanın. Əgər siz və ətrafınızdakı insanlar gördüyünüz işi sevəcəksinizsə, o zaman onu mümkün qədər yaxşı etməyə çalışacaqsınız.

 2. Ümumi dəyərləri müəyyənləşdirin və onlara idarə etmək imkanı verin. Səriştəli və həqiqətən etibarlı adamlar tapın.

 3. Elə kooperativ bacarıqlar yaradın ki, işinizin qoyduğu məqsədə çatmasına yardımçı olsun. Fikrinizi rəqibləriniz tərəfindən istifadə edilə bilməyən xüsusi bacarıqlara cəmləyin.

 4. Diqqətinizi müştərilərinizə yönəldin. Məqsədə çatmaq üçün müştərilərlə əlaqələri möhkəmləndirin, onları dinləyin və onlarla əməkdaşlıq edin.

 5. Güclü təşkilat yaradın. Müvəffəqiyyət qazanan komanda yaradın, onlarda işə qarşı həvəs oyadın, aktiv fəaliyyət göstərin və işçiləri müdafiə edin. Qarşılıqlı fəaliyyəti öyrənin.

 6. İşinizdə daima yenilik yaradın. Qarşınıza məqsəd qoyun. Yeni imkanları nəzərdən keçirin. Təxəyyülünüzü inkişaf etdirin. Mürəkkəb problemlərin həllini tapmaq üçün beyninizi bir az gərgin düşünməyə sövq edin.

7. Yeni məhsul və xidmət növü yaradaraq, bazarı və rəqiblərinizi təcübləndirin. Yaradıcı potensialı genişləndirin. Eksperiment edin. İşçilərə uğursuzluğa düşmək və düşünərək hər şeyi yenidən başlamaq imkanı verin.

8. Ən yaxşıya can ataraq yaşayın. Etibarlı bir təşkilat təsis edin. Cəld qərarlar qəbul edin. Hər şeyi sadələşdirin. İmkanlara rəqiblərinizdən daha tez yiyələnməyə çalışın.

9. Yenilik yaradın. Müxtəlif profillər ürzə yeni ideyalar irəli sürən mütəxəssislər qrupu yaradın və onları lazımi vəsaitlərlə təmin edin.

10. İşinizə maraq qatın. Özünüzə və işinizə tənqidi yanaşmayın. Yaradıcı ətraf mühit yaradın. Qələbəni qeyd edin.