Mühasibat uçotu

Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də.

İdarə heyyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır.

Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır.

Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.

Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırki vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar.

Bildiyimiz kimi hal-hazırda Mühasibat Uçotunun Beynəlxalq Standartlara keçidi prosesi gedir. Bunu nəzərə alaraq çalışacayıq ki, mövzularda həm köhnə, həm də yeni uçot standartları barədə danışaq.

http://www.muhasib.az/Muhasibat/Muhasib_index.php