Treninq - bilik, bacarıq və münasibətlərin inkişaf etdirilməsinə yönəldilən fəal təlim növüdür. Treninq zamanı təkcə məlumat əldə edilməsi üçün deyil, həmçinin əldə edilə biliklərin təcrübədə tətbiq edilməsi üçün tez-tez istifadə edilir.Şirkət əməkdaşlarının bilik və bacarıqlarını inkişaf etdirmək və təcrübələrini artırmaq məqsədilə şirkətimizdə bu kimi treninqlər korporativ (daxili) təlimçilər tərəfindən mütəmadi olaraq inkişaf etdirilir və həyata keçirilir. Təlim zamanı vergi münasibətləri, qanunvericilikdə yeniliklər, əlavə və dəyişikliklər müzakirə edilir.